Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
AZƏRBAYCANDA RƏSMİ STATİSTİKANIN TARİXİ

0

  •         Azərbaycan  Ərazisində  statistikanın  müntəzəm  təşkilində Şamaxı (1846-cı ildən 1859-cu ilədək), Bakı (1859-cu il)  və Gəncə (Yelizavetpol-1867-ci il)  quberniyalarının  yaradılmasından sonra  onların  tərkibində  Rusiyada statistikanın 20 dekabr  1834-cü ildən  fəaliyyətdə  olan  təşkilinə uyğun olaraq  statistika  komitələrinin  fəaliyyəti  ilə  başlamışdır. İmperator  I  Nikolay  tərəfindən 1834-cü ilin 20 dekabrında imzalanmış fərmanın 27-ci maddəsində  deyilirdi: “...bütün  quberniya şəhərlərində  Mülki  Qubernatorların  sədrliyi  ilə  Statistika Komitələri yaradılır”. Bundan  sonra Rusiyanın  bütün  ərazilərində olduğu kimi Azərbaycan   hissəsində da statistika işlərinin təşkilinin daha da inkişaf  etdirilməsində  İmperator II Alek-sandr  tərəfindən  30  aprel 1863-cü ildə Daxili İşlər  nazirliyi yanında statistikanın təşkilinə  dair təsdiq etdiyi əsasnamənin də böyük rolu olmuşdur. Əsasnaməyə  uyğun olaraq Mərkəzi Statistika  Komitəsinə Daxili İşlər nazirliyi  üzrə  statistik işlərin həyata keçirilməsi  tapşırılmışdı. Əsasnaməyə görə  bütün  quberniya, vilayət və şəhər statistika komitələri  Mərkəzi  Statistika  Komitəsinə tabe idilər. Müəyyənləşdirilmiş qaydalara uyğun olaraq statistika komitələri hər il mart ayının 1-i  quberniyalar  və  onlara daxil olan  qəzalara  dair məlumatları  yığaraq  Rusiya  Daxili  İşlər  Nazirliyinin  statistika  bölməsinə  təqdim edirdilər.
            1802-ci ildən  1917-ci  ilədək  tərtib  edilən, özündə  20-27  statistika  cədvəli  birləşdirən  quberniyaların  illik hesabatları  statistik  xarakterli  çoxsaylı  məlumatları:  əhalinin,  mal-qaranın, fəhlələrin, yarmarkalarının, fabrik  və  zavodların  sayını, əkin  və məhsulları,  yarmarka dövriyyələrini,  əsas  malların  ticarət  qiymətlərini, hərbiçilərin  sayını  və  bir çox başqa məlumatları əhatə  edirdi. Qubernatorların belə hesabatlarının əsas məqsədi çara və onun  mərkəzi idarəetmə orqanalarına onlar  üçün  cəmiyyətdə  təhlükəli  hərəkatlar, xəzinəyə yığılan gəlirlərin miqyası, hərbi xidmətə çağırışın mümkün səviyyəsi və.s haqqında məlumat toplamaqdan  ibarət olmuşdur. Ayrı-ayrı məlumatların yığılması ilə 1900-cü  ildə Bakı quberniyasının fabrik  müfətişliyi də  məşğul olmuşdur. (Azərbaycan  tarixi, 2-ci  cild, səh.273)
            XIX  əsrin  sonu  XX  əsrin  əvvəlləri  imperiya  statistikası  tarixdə  müxtəlif müayinələrin  və  siyahıyaalmaların  təşkili  və keçirilməsi  ilə  xarakterizə olunur  ki, bunlardan da  ən əsası Şimali Azərbaycan ərazisi  də daxil olmaqla, çar Rusiyanın  bütün  ərazisində  1897-ci  ilin  fevral  ayının 9-u (yanvarın 28-i) vəziyyətinə  birinci  ümumi  siyahıyaalmanın  keçirilməsi  olmuşdur. Bu siyahıyaalmada  əhalinin  üç  kateqoriyası  hesablanmışdır: mövcud, daimi və qeyddə olanlar. 1903 və 1910-cu illərdə  kənd  təsərrüfatı maşın və alətlərinin  siyahıyaalınması  təşkil  edilmişdir. 1904-cü ildən başlayaraq hər il mal-qaranın sayı haqqında məlumatlar toplanmışdır. 1900 və 1908-ci illərdə sənaye statistikası sahəsində də  siyahıyaalmalar  keçirilmişdir.
            Azərbaycan Xalq Cümhuriyyətinin  23 aylıq mövcudluğu dövründə  (1918-1920)  ölkə ərazisində  statistik  məsələlərə rəhbərlik edən vahid orqanın yaradılmasına çalışılmışdır. Buna  tam nail olunmasa da, ayrı-ayrı nazirliklərin  tərkibində  statistika  ilə bağlı  müəyyən qurumlar  yaradılmışdır. Bu qurumlar 15 noyabr 1918-ci il tarixindən Dövlət  Əmlakı  və Əkinçilik  Nazirliyinin  tərkibində Statistika  şöbəsi və 1919-cu  il  iyul ayından  isə  Əkinçilik Nazirliyinin  Torpaq  Fondu  şöbəsində Statistika bürosu kimi  fəaliyyətdə  olmuşdur.
            Göründüyü kimi, 1920-ci ilə  qədər Azərbaycanın indiki ərazisində  statistik məsələlərə rəhbərlik edən vahid orqan olmamışdır. Yalnız  1920-ci  ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra  digər  dövlət  tədbirləri  ilə  yanaşı  ölkədə  rəsmi dövlət statistikasının  yaradılması üzrə təcili tədbirlər həyata  keçirilmişdir. 1920-ci  il  iyul  ayının  8-də Nəriman  Nərimanovun imzası ilə Azərbaycan İnqilab Komitəsi  tərəfindən  statistiklərin müvəqqəti kollegiyası haqqında əsasnamə təsdiq edilmiş və  kollegiya  keçirilmişdir.
            1920-ci il avqust ayının 19-da  isə Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında  yeni əsasnamə təsdiq olunmuşdur. Bu  əsasnaməyə görə, ölkədə statistikanın aparılması Mərkəzi Statistika İdarəsinə (MSİ) və onun tərəfindən  yaradılan orqanlara; digər orqanların statistika təşkilatlarına,  şəhər, rayon, qəza, nahiyyə  və  kənd  inzibati  və  inzibati-təsərrüfat  oprqanlarına hə-valə  edilmişdir.
            Azərbaycan İnqilab Şurasının 9 avqust 1920-ci il dekabrna və həmin  ilin 17 dekabr tarixli qərarına  uyğun  olaraq, 1920-ci ilin dekabrında 15 bölmədən ibarət Mərkəzi Statistika İdarəsi yaradılmışdır və onun  kollegiyası 12  nəfərdən ibarət olmuşdur. Azərbaycan Mərkəzi Statistika İda-rəsinin ilk rəhbəri Vladimir  Vasilyeviç Smrinov təyin edilmişdir ki,  onun  da  Azərbaycan statistikasının  yaradılmasında  böyük  rolu  olmuşdur.
            Yalnız  1924-cü  ildə  yerli  statistika  orqanlarının  yaradılmasına  başlamaq  mümkün  olmuşdur  və  sonrakı  illərdə  bütövlükdə  yerlərdə  statistika  orqanlarının  yaradılması  həyata keçirilmişdir. Azərbaycanda  statistikanın təşkili və statistika  orqanlarının yaradılması  çətin şəraitdə həyata keçirilirdi, vəsait və ixtisaslı  kadrlar  çatışmırdı.
            1928-ci  il  sentyabrın  28-də  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsi və Azərbaycan SSR Xalq  Komissarları  Şurası  Azərbaycan  SSR  Mərkəzi  Statistika  İdarəsi  haqqında  yeni əsasnamə təsdiq edir. O  vaxtdan  Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Xalq Komissarları  tərəfindən onlara verilmiş bütün  hüquqlara  malik  olmuşdur. Bu  dövrdən  bütün  işlər  Mərkəzi  Statistika İdarəsi  qəza  statistika  şöbələri, Naxçıvan  Muxtar  Sovet Sosialist Respublikasının  Mər-kəzi Statistika Bürosu və Dağlıq  Qarabağ Muxtar Vilayətinin Vilayət  Statistika  Bürosu  tərəfindən həyata  keçirilirdi. Göstərilən əsasnaməyə  görə, respublika Mərkəzi Statistika  İdarəsinin funksiyaları çox  geniş idi.
            1987-ci ildə Azərbaycan SSR  Mərkəzi Statistika İdarəsi  Azərbaycan SSR Dövlət Statistika  Komitəsinə  çevrilir  və  Azərbaycan  SSR Nazirlər Kabinetinin 30 mart  1988-ci il tarixli qərarı ilə  Azərbaycan  SSR  dövlət  Statistika  Komitəsi  haqqında  əsasnamə  təsdiq  edilir.
    1994-cü il Azərbaycan statistik-asının tarixində xüsusi  il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti  tərəfindən  18  fevral  1994-cü  ildə  “Statistika  haqqında”  Azərbay-can Respublikasının Qanunu  imzalanmış  və  bu  tarixdən  “Statistika  haqqında”Qanunun  qüvvəyə  min-məsi  haqqında Azərbaycan  Respublikası Milli Məclisinin  qərarı  imzalanmışdır.
            Qanunun  tələblərinə  uyğun  olaraq  1994-cü  ildə  və  sonrakı  illərdə  dövlət  statistika sisteminin  sturukturunda, fəaliyyətində  və  statusunda  yeni  dəyişiliklər  baş  verdi. Bununla əlaqədar Azərbaycan Respublikası  Nazirlər kabinetinin 6 noyabr 1995-ci  il  tarixli, 238  saylı  qərarı ilə “Azərbaycan  Respublikası Dövlət  Statistika  Komitəsi  haqqında” yeni  əsasnamə  təsdiq edildi. Əsasnaməyə  uyğun  olaraq  yerli  statistika  orqanları  haqqında  da  əsasnamə  təsdiq  edildi və bu əsasnaməyə  uyğun  olaraq  statistika orqanlarının hüquq və  vəzifələri genişləndirildi. Nazirlər Kabi-neti tərəfindən təsdiq  edilmiş  Dövlət  Statistika  Komitəsi haqqında  sonuncu əsasnamə  hal-hazırda  qüvvədədir. Əsasnamədə deyilir: “Azərbaycan   Respublikası Dövlət Statistika Komitəsi (Azərbaycan Respublikası Dövlətstatkomu) respublikanın iqtisadi  və sosial sahələrində vahid  metodologiya  əsasında  statistik məlumatlar sisteminin  fəaliyyətini  təmin  edir. Dövlət Statistika Komitəsi Azərbaycan Respublikası mərkəzi icra orqanları sistemində fəaliyyət göstərən, statistika və uçot işinə  rəhbərlik  edən  müstəqil  mərkəzi  iqtisadi  dövlət  idarəetmə  orqanıdır”
            Azərbaycanın statistikləri qarşılarında  duran  vəzifələri  dərk  edərək  inanırlar ki, yaxın gələcəkdə dünya  standartlarına uyğunlaşdırılmış, bütün  ölkə  əhalisi  tərəfindən  dəstəklənən  keyfiyyətli  və obyektiv  statistika yaradılması işi başa çatdırılacaq-dır.
            Xocalı  rayonunda  Statistika  idarəsi isə 1990-cı  ilin  oktyabr  ayında Azərbaycan Respublikası Dövlət  Statistika Komitəsinin 176/t saylı  əmri  ilə  yaradıldı. İdarə “Rəsmi  Statistika” haqqında Azərbaycan  Respublikasının  qanununauyğun  şəkildə  fəaliyyət göstərir. Rayonda qeydiyyatda olan uçot vahidləri ilə  müntəzəm sıx əlaqə yaradaraq statistik  hesabatların yığılmasına xidmət  edir.





    Dünyamin ƏSƏDOV,

    Xocalı  rayon  Statistika  idarəsinin  rəisi,

          Dövlət  qulluğunun  kiçik  müşaviri 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib24 dəfə
    AZƏRBAYCANDA RƏSMİ STATİSTİKANIN TARİXİ

    Maraqlı gələ bilər
    36